Tarix yazanlar, tarixə yazılanlar

Məktəbdə Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının 3 saylı filialının birgə təşkilatçılıgı ilə "Tarix yazanlar, tarixə yazılanlar” adlı tədbir keçirilib. Tədbirdə məktəb rəhbərliyi, şagirdlər, valideynlər, Ağsaqqallar Şurasının sədri general Akif Rəfiyev, Veteranlar Təşkilatı Gənclərin Hərbi Vətənpərvərlik üzrə müavini polkovnik Adil Haqverdiyev, Binəqədi rayon Veteranlar Təşkilatının sədri Teyyub Həsənov, Respublika Veteranlar Təşkilatı Gənclərin Vətənpərvərlik və İdeoloji Hazırlığı Şöbəsinin baş mütəxəssisi Nəbi Hacıyev və şəhid leytenant İmran Əliyevin anası Şəfayə Əliyeva qonaq qismində iştirak edib.

Azərbaycan Resbuplikasının Dövlət Himni ilə başlanan tədbiri məktəb direktoru Ofelya Məmmədova açıq elan edib və şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

General A.Rəfiyev və polkovnik A.Haqverdiyev qalib Azərbaycan ordusundan və ordumuzun qazandığı qələbəsindən danışıb.

Tədbir boyu igidlərə həsr olunmuş videoçarxlar izlənilib. Şagirdlərin ifasında vətənpərvər, qələbəruhlu şeirlər söylənilib, mahnılar səsləndirilib. Qızlardan ibarət rəqs qrupu milli musiqi sədaları altında rəqs ediblər.

Böyük coşqu ilə keçirilən tədbirdə geniş tərtibatlı kitab sərgisi təşkil olunub. Tədbirin sonunda xatirə şəkilləri çəkdirilib.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi