VI və IX siniflərdə monitorinq keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ)-nin təşkilatçılığı ilə məktəbdə VI və IX siniflər üzrə monitorinq keçirilib. Monitorinq tədris dili, riyaziyyat və ingilis dili fənləri üzrə aparılıb. Şagirdlərə tədris dili üzrə 30, riyaziyyat fənni üzrə 25, xarici dil üzrə isə 30 sual olmaqla, ümumilikdə 85 sual təqdim olunub. Sualların cavablandırılması üçün 150 dəqiqə vaxt verilib. İngilis dili fənni şagirdlərə dinləmə cihazı vasitəsilə dinlədilib.

Monitorinqdə VI sinif üzrə  146 şagird, IX  sinif üzrə isə 127 şagird iştirak edib. VI siniflər üzrə 9 nəfər, IX siniflər üzrə isə 3 nəfər iştirak etməyib.  

Monitorinqin keçirilməsində əsas  məqsəd şagirdlərin müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığını müəyyən etməkdən ibarət olub. Onu da qeyd edək ki, nəzarətçilər qeyri-ixtisas fənn müəllimlərindən təyin edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi