Monitorinq

Məktəbimizdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılğı ilə IV, VI, VII və VIII siniflərdə Azərbaycan dili fənnindən monitorinq keçirilib. 

Monitorinqdə IV siniflər üzrə 153 şagirddən 7 nəfəri, VI siniflər üzrə 155 şagirddən 10 nəfəri, VII siniflər üzrə 138 şagirddən 13 nəfəri, VIII siniflər üzrə 152 şagirddən 6 nəfəri üzürlü səbəbdən iştirak etməyib. Məktəb üzrə cəmi 562 nəfər şagird iştirak edib.

Ümumilikdə 598 nəfər şagirddən 36 nəfər iştirak etməyib.

Şagirdlərə 16 tapşırıq təqdim olunub. Sualların cavablandırılması üçün 45 dəqiqə vaxt verilib. Nəzarətçilər qeyri-ixtisas fənn müəllimlərindən təşkil olunub.

Onu da qeyd edək ki, monitorinqin keçirilməsində əsas məqsəd dövlət dilinin tədrisi vəziyyətinin ölçülməsi, şagirdlərin dinləyib-anlama, oxu və yazı bacarıqlarının yoxlanılması, onlarda bilik və bacarıqların formalaşma səviyyəsinin müəyyənləşdirilməsindən ibarət olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi