“Şəhidini tanı” aksiyası

“Şəhidini tanı” aksiyası çərçivəsində Vətən müharibəsi şəhidlərinin gənclər tərəfindən cəmiyyətə geniş şəkildə tanıdılması məqsədilə tarix müəllimi Almaz İslamova rəhbəri olduğu XA sinif şagirdlərinə bir vaxtlar məktəbimizin məzunu olan, 44 günlük Vətən müharibəsində şücaətlə vuruşaraq, şəhid və qazi adına layiq görülən igidlər haqqında genis məlumatlar verib və onların fotoşəkillərindən ibarət lövhə hazırlayıb.

Həmin lövhədə şəhid Fərid Məhərrəmov, qazilərimiz -  Kamran Məmmədov, Turqut Bayramov, Rəşid Əkbərov, Rüfət Qəmbərov, Ramil Nurbalayev, Qurban Məmədov, Xaliq Namazlı, Fuad Salmanov və Əlahəddin Həmidovun şəkilləri əks olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi