27 sentyabr- Anım günüdür

"27 sentyabr - Anım günü" ilə bağlı məktəbin həyətində 27.09.2020-ci il tarixdə 44 günlük müharibədə qəhrəmanlıq göstərərək, canından-qanından keçən, Vətən yolunda ŞƏHİDlik zirvəsinə ucalan mübariz igidlərimiz anılıb. Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Vətən şəhidləri müəllim və şagird kollektivi tərəfindən bir dəqiqəlik sükutla yad edilib.

Məktəbin direktoru Ofelya Məmmədova şagirdlərə vətən uğrunda ŞƏHİDlik zirvəsinə ucalan, canlarından keçən qorxmaz və cəsur igidlərdən, o cümlədən məktəbimizin məzunu, 44 günlük Vətən müharibəsində qəhrəmancanına həlak olan Fərid Məhərrəmovdan danışıb.

Məktəbin rəssamı Şəhla İmaməliyevanın yağlı boya ilə çəkdiyi şəhid rəsmləri nümayiş olunub. Şagirdlər tərəfindən igid şəhidlərə həsr olunmuş şeir və mahnılar söylənilib.

Onu da qeyd edək ki, ikinci Qarabağ müharibəsinin qazisi, o cümlədən, şəhid Fred Asifin qardaşı Ədalət Məhərrəmov qonaq qismində iştirak edib.

Torpağı Vətən edən igidlər, ruhunuz şad olsun!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi