15 sentyabr - Bilik günü

Bu gün məktəbimizdə 15 Sentyabr Bilik günü qeyd olunub.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlanıb. Daha sonra Ulu Öndər Heydər Əliyev və vətən torpağı uğrunda canından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi və Bilik günü açıq elan edilib.

Məktəbin direktoru Ofelya Məmmədova çıxış etdi və şagirdlərə yeni dərs ilində uğurlar arzu edərək, ilk dərslərin “Heydər Əliyev Azərbaycan Respublikasının xilaskarı və qurucusudur” mözsusuna həsr olunacağını qeyd edib.

Ofelya Məmmədova Ümumilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə dövlətimizin hərtərəfli inkişafı ilə bağlı etdiyi nailliyyətlərdən danışaraq, Azərbaycan Respublikasının Prezidenti Müzəffər Ali Baş Komandanımız İlham Əliyev cənablarının başqa sahələrdə olduğu kimi, təhsilin inkişafına göstərdiyi diqqətdən də söhbət açıb. İşğaldan azad olunmuş torpaqlarımızda yeni təhsil ocaqlarının açılması ilə bu sevinci bizə yaşadan Ali Baş Komandanımız İlham Əliyevə təşəkkürünü bildirib.

Söz məktəbin ibtidai sinif müəllimi Səfayət Hacıyevaya verildi. O da öz növbəsində birinciləri təbrik edərək, onlara uğurlar arzulayıb.

Tədbirdə Binəqədi rayon M.Ə.Rəsulzadə qəsəbəsinin İcra nümayəndəsi Səlcuq Müzəffərli qonaq qismində iştirak edib.

Tədbirin sonunda birincilər şeirlər söyləyib, mahnılar səsləndiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi