Pedaqoji Şura

Bu gün Binəqədi rayonu Həsən Cəbrayılov adına 99 nömrəli tam orta məktəbdə 2022-2023-cü tədris ilinin son Pedaqoji Şura iclası keçirildi. İclasda məktəb heyəti iştirak edirdi. İclasın gündəliyində duran məsələlərdən birincisi V və VII siniflər üzrə direktor müavini Sevda Məmmədovanın 2022-2023-cü tədris ilinin ikinci yarımilinə dair hesabatı pedaqoji heyətin nəzərinə çatdırıldı. 

Məktəb direktoru Ofelya Məmmədova məktəbdaxili keçirilən BSQ-nin (böyük summativ qiymətləndirmə) nəticələri barədə məlumat verdi. Ofelya Məmmədova keçən ilki nəticələrə nisbətən bu ilki IX siniflərin nəticələrinin aşağı səviyyədə olduğunu da vurğulıadı.

Məktəbin VIII-XI siniflər üzrə direktor müavini Kəmalə Ağayeva da öz hesabatında bildirdi ki, şagirdlərin təlim-tərbiyəsi istiqamətində məktəbdə bir sıra tədbirlər həyata keçirilmişdir və bu cür tədbirlərin davamlı olaraq həyata keçirilməsi nəzərdə tutulmuşdur. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi