1 iyun - Uşaqların müdafiəsi günü

Bu gün 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günüdür. Binəqədi rayonu Həsən Cəbrayılov adına 99 nömrəli tam orta məktəbdə Təlim-tərbiyə İşləri üzrə diirektor müəvini Ruslan Məhiyevin təşkilatçılığı ilə “Uşaqlar qoruyaq” adlı tədbir keçirildi. Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayan tədbirdə Ruslan müəllim  - “Uşaqlar doğurdan da bizim gələcəyimizdir. Uşaqlarımızın gələcəyi ölkəmizin inkişafına bağlıdır. Bu gün bütün dünya ölkələrinə nəzər yetirsək, görərik ki, xüsusilə də müharibə gedən ölkələrdə uşaqların haqqı-hüququ tapdalanır, aclığa-susuzluğa məruz qalırlar. Biz də  ölkə olaraq heç vaxt istəmərik ki, bizim uşaqlar da belə aclığa, kimsəsizliyə məruz qalsınlar. "Mən xalqımızın, dünyanın uşaqlarına sülh, əmin-amanlıq, xoşbəxtlik arzulayıram. Uşaqlar məktəbə tək elm öyrənməyə gəlmirlər. Biz çalışırıq ki, onların dünya görüşünü də inkişaf elətdirək. Dünya görüşünün də inkişaf etdirilməsi üçün belə tədbirlərin keçirilməsi vacibdir. Bu da biz müəllimlərin öhdəsinə düşür" sözləri ilə çıxış etdi.

Tədbirin sonunda şagirdlər şeirlər söylədilər, rəqs etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi