HEYDƏR ƏLİYEV VƏ MÜSTƏQİL AZƏRBAYCAN

Binəqədi rayonu Həsən Cəbrayılov adına 99 nömrəli tam orta məktəbin tarix müəllimi Almaz İslamovanın təşkilatçılığı ilə müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunuş “Heydər Əliyev və müstəqil Azərbaycan" mövzusunda tədbir keçirildi.

Tədbirdə Yeni Azərbaycan Partiyasının əməkdaşı Rahib Şükürov, Binəqədi rayon İdman və Gənclər İdarəsinin direktoru Namiq Tarverdiyev, Şəhid Anaları Xeyriyyə Cəmiyyətinin sədri Yetər Aboyeva və Firuddin bəy Köçərli adına Kitabxananın 3 saylı filialının əməkdaşları qonaq qismində iştirak edirdilər.

İlk öncə Dahi Şəxsiyyət Heydər Əliyevin və şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.

Azərbaycan Respublikasının Dövlət Himni ilə başlanan tədbiri məktəb direktoru Ofelya Məmmədova açıq elan etdi və ilk sözü məktəbin tarix müəllimi Almaz İslamovaya verdi. Almaz müəllimə Dahi Şəxsiyyət Heydər Əliyevin həyat yolu haqqında, onun vətəninə, torpağına, xalqına necə sadiq bir dahi olduğundan danışdı.

Tədbirdə Ümummilli lider Heydər Əliyevə həsr olunmuş video-çarxlar izlənildi. Məktəb şagirdləri mahnılar oxudu və şeirlər söylədilər. Bir vaxtlar məktəbimizin məzunu olmuş, hal-hazırda Milli Konservatoriada çalışan Nurlan Səfərov məlahətli səsi ilə qonaqları feyziyab etdi.

Şagirdlərimiz Ulu Öndər Heydər Əliyevə və 28 May Respublika Gününə həsr olunmuş divar qəzetləri hazırlamışdılar.

Sonda məktəb direktoru çıxış edərək, bu tədbirin ərsəyə gəlməsində əməyi olan tarix müəllimi Almaz İslamovaya, musuqi müəllimi Sevil Zeynalovaya, dərnək müəllimi Əbdüləli Abdullayevə və UBTR-i Aynurə Nərimanovaya təşəkkürünü bildiridi.

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi