İDMANÇI ŞAGİRDLƏRİMİZ

Bu gün Binəqədi rayonu Həsən Cəbrayılov adına 99 nömrəli tam orta məktəbin həyətində Təlim vəTərbiyə İşləri üzrə direktor müavini Ruslan Məhiyevin təşkilatçılığı ilə Türkiyədə keçirilən kinqboks idman yarışı üzrə I və II yerə layiq görülmüş məktəbin 5“Ə” sinif şagirdi Aylin Hüseynzadə və 11“B” sinif şagirdi Hüseyn Şəbəndiyev digər şagirdlərlə və məktəb müəllimləri ilə görüş keçirdilər.

Məktəb direktoru Ofelya Məmmədova və Təlim və Tərbiyə İşləri üzrə direktor müavini Ruslan Məhiyev qalib şagirdləri təbrik etdi, onlara daha böyük nəaliyyətlər arzuladılar. İdmançı şagirdlərimiz məşğul olduqları idman növü və əldə etdikləri nailiyyətlər barədə söhbət açdılar. Şagirdlərə idman haqqında öz tövsiyyələrini verdilər.

Görüşün sonunda Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra xatirə şəkilləri çəkdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi