HEYDƏR ƏLİYEV MƏRKƏZİNƏ EKSKURSİYA LAYİHƏSİ

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar olaraq Bakı şəhəri Elm və Təhsil Nazirliyinin Heydər Əliyev Mərkəzi ilə birgə bağladığı müqaviləyə əsasən, Binəqədi rayonu Həsən Cəbrayılov adına 99 nömrəli tam orta məktəbin tarix müəllimi Almaz İslamova, riyaziyyat müəllimi Səadət Salmanova və İngilis dili müəllimi Ləman Bağırova rəhbəri olduqları 5“A” , 9“C” və 11“A” sinif şagirdləri ilə birgə Heydər Əliyev Mərkəzinə ekskursiya etmişlər.

Məktəblilər ekskursiya zamanı Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti barədə məlumat alır, eləcə də nümayiş etdirilən müxtəlif sərgilərlə tanış olmuşlar.

Layihə Heydər Əliyev irsinin öyrənilməsi, yeni nəslin milli-mənəvi dəyərlər və ənənələrə bağlı ruhda böyüməsi, Azərbaycan və dünya tarixi, mədəni və elmi-texniki tərəqqi barədə biliklərinin artırılması məqsədi daşıyır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi