FUTZAL ÜZRƏ “HEYDƏR ƏLİYEV KUBOKU” TURNİRİ

Bu gün Binəqədi rayonu Həsən Cəbrayılov adına 99 nömrəli tam orta məktəbin bədən tərbiyəsi müəllimi Şamxal Əsgərovun təşkilatçılığı ilə Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş V, VI və VII siniflərarası oğlanlardan ibarət futzal üzrə “Heydər Əliyev Kuboku” turniri keçirildi.

Azərbaycan Respublikasının Dövlət Himni ilə başlanan yarışı məktəbin direktoru Ofelya Məmmədova açıq elan edərək, yarışda iştirak edən şagirdlərə uğurlar arzuladı.

Şagirdlər komandalara bölünərək, futbol oynadılar. Qalib komandalar diplom və kubokla mükafatlandırıldı.

Onu da qeyd edək ki, turnirdə Azərbaycan Kinkboksinq Federasiyasının Yeniyetmələr və Gənclərdən ibarət baş və əməkdar məşqçi Hakim Hacıyev və onun Dünya və Avropa Çempionatı olmuş tələbələri – Renat Qiyaslı, Rafiq Babazadə və Ramal Zeynallı qonaq qismində iştirak edirdilər.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi