Bilik yarışı

Bu gün Binəqədi rayonu Həsən Cəbrayılov adına 99 nömrəli tam orta məktəbdə fizika müəllimi Nərminə Süleymanovanın təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə VIII siniflər arasında “Bilik yarışı” keçirildi.

Yarışda beş komanda iştirak edirdi. Şagirdlər “Vətən”, “Qarabağ”, “Uğur”, “Yüksələn” və “Mübarizlər” adlı komandalara bölünərək, verilən sualları tez və düzgün cavablandırdılar.

Münsiflər heyəti qismində iştirak edən məktəb direktoru Ofelya Məmmədova, təlim-tərbiyə işləri üzrə direktor müavini Kəmalə Ağayeva, biologiya müəllimi Bəyim Xəlilova, Azərbaycan dili və ədəbiyyat müəllimi Yeganə Rəhimova komandaların verilən suallara tez ve düzgün cavablarını qeyd edirdilər.

Sonda qalib olaraq, birinci yerə layiq görülən  “Yüksələn” komandası kubokla mükafatlandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi