PEŞƏ TƏHSİLİ

Peşə təhsili səviyyəsi əmək bazarına gedən ən kəsə, qısa yol sayılır. 6 aya, bir ilə hər hansı yeni peşə ilə bağlı ilkin biliyə sahib olub həmin peşə üzrə əmək bazarına daxil olmaq mümkündür. Əlbəttə ki, bu təhsil səviyyəsini seçənlər üçün daha qısamüddətli təlimlərlə müəyyən bacarıqlar əldə etmək imkanı da var. Peşə təhsil səviyyəsində tədrisin əsas hissəsinin təcrübədən ibarət olması, tələbələrə pedaqoqlarla yanaşı, peşəkar mütəxəssislərin bələdçilik etməsi və istehsalat təcrübəsinin işəgötürən müəssisələrdə təşkili, qısa müddətdə iş tapmaq imkanı da təhsilalanların peşə təhsilinə üstünlük verməsi üçün yetərli səbəblərdir.

Bu gün Rabitə və İnfornmasiya Texnologiyaları üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinin əməkdaşları Binəqədi rayonu Həsən Cəbrayılov adına 99 nömrəli tam orta məktəbin IX sinifl şagirdlərinə peşə təhsili haqqında məlumat verdilər və braşuralar payladılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi