Ən yaxşı təqdimat müsabiqəsinin keçirilməsi

Heydər Əliyevin uzaqgörən siyasəti Azərbaycanı yeni əsrə, yeni minilliyə müstəqil, qüdrətli dövlət kimi yetirdi. Azərbaycanın yenidən müstəqillik əldə etməsindən ötən illər ərzində respublikamız Avropaya və dünya birliyinə inteqrasiya yolunda inamla irəliləyərək beynəlxalq aləmdə mövqelərini daha da möhkəmləndirmişdir. Hazırda müstəqil dövlətimiz beynəlxalq münasibətlər sisteminin fəal üzvlərindən biridir. 

Ölkəmiz müstəqil dövlət kimi mövcud olduğu qısa müddət ərzində iqtisadi, siyasi və mədəni sahələrdə böyük irəliləyişlərə nail olmuş, iqtisadiyyatdakı geriləmə və tənəzzülün qarşısı alınmış, insanların həyat tərzi getdikcə yaxşılaşmış, xalqı narahat edən işsizlik problemi tədricən aradan qaldırılmış, əhalinin sosial rifah halı yaxşılaşmışdır. Bu gün qazandığımız bütün bu nailiyyətlərin, uğurların əsası ümummilli lider, dünya şöhrətli siyasi xadim Heydər Əliyev tərəfindən qoyulub. Azərbaycanın müstəqilliyinin əbədiyyətə çevrilməsi, dünya birliyində özünəməxsus layiqli yer tutması, sürətli iqtisadi inkişaf yoluna qədəm qoyması məhz ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır.

Ulu öndər ilk növbədə elm, təhsil, mədəniyyət, milli-mənəvi dəyərlərin qorunması və inkişaf etdirilməsindən başladı. Ulu öndərin rəhbərliyi ilə yeridilən iqtisadi və sosial siyasət və bunun sayəsində respublika iqtisadiyyatının bütün sahələrinin, elmin və mədəniyyətin inkişaf etməsinə, xalqın həyat səviyyəsinin yüksəldilməsinə yalnız xalq təsərrüfatının dərin bilicisi kimi müvəffəq olmaq mümkün idi.

Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” eln edilməsi ilə bağlı tədbirlər planının icrasl məqsədilə Binəqədi rayonu Həsən Cəbrayılov adına 99 nömrəli tam orta məktəbdə bir sıra tədbirlər keçirilir. Məktəb şagirdləri arasında Ümumilli Lider Heydər Əliyevə həsr edilmiş “Ən yaxşı təqdimat müsabiqəsi” keçirildi. Qalib gələn şagirdlər rayon üzrə keçirilən eyniadlı müsabiqəyə qatıldılar. Bu müsabiqə Binəqədi rayonu 276 nömrəli tam orta məktəbdə baş tutdu. Məktəbin 9C sinif şagirdi Aysu İsmayılova və 9Ç sinif şagirdi İsmayıl Namazov fərqlənməyə layiq görüldülər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi