ŞƏHİD Fərhad Hümbətov

Hər kəs həyata bir dəfə gəlir və hər kəs də Tanrı tərəfindən ona bəxş olunan ömrü müxtəlif cür yaşayır.  Qorxaq, şəxsi həyatına qapanaraq yaşayan insanlar cəmiyyətdə heç nə ilə fərqlənmirlər və özlərini isə bütün zamanlarda yüksək dəyərləndirmişlər. Yalnız mərd, xalqını və Vətənini böyük məhəbbətlə sevən qartal timsallı insanlar yüksələ bilərlər bu uca zirvəyə. Belə ömür şərəflidir, əbədidir. Həyatda şücaətlər göstərən, Vətən naminə çarpışan qəhrəmanların adı xatirələrdə yaşayır, onların şərəfinə abidələr ucaldılır, əməlləri barədə şeirlər yazılır, mahnılar, dastanlar qoşulur. Belə qəhrəman, igid oğullardan biri də birinci Qarabağ müharibəsində vətəni, torpağı naminə vuruşaraq, ŞƏHİDlik zirvəsinə ucalmış Fərhad Hümbətovdur.

Fərhadın döyüş yolu çox çətin olmuşdur. O, 1992-ci il martın 7-də Şuşa, KosalarXankəndi istiqamətlərində uğurlu döyüş yolu keçmiş və düşmənin 5 postunu dağıtmışdır. Fərhad 3 aprel 1992-ci ildə Xankəndi yaxınlığında sayca üstün olan erməni silahlıları ilə döyüşə girmiş, yaralıları xilas edə bilsə də, özü qəhrəmancasına həlak olmuşdur.

Budur, artıq Fərhadın döyüşərək ŞƏHİDlik zirvəsinə ucalmasından 31 il keçir. Binəqədi rayonu Rəsulzadə qəsəbəsində salınmış istirahət parkında 99 nömrəli tam orta məktəbin müəllim və şagirdləri, Binəqədi rayonu İcra Hakimiyyətinin əməkdaşları Fərhadın abidəsi önünə yığılaraq, onu yad etdilər.

Rahat uyu Vətən oğlu, rahat uyu əziz ŞƏHİD! Bir vaxtlar uğurunda qəhrəmancasına vuruşduğun Qarabağ torpağı – Şuşa, Zəngilan, Ağdərə, Ağdam artıq düşmən tapdağından azad olub.

Azərtbaycan və Azərbaycan xalqı qəhrəman oğulları ilə fəxr edir!!!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi