“Mən və hüquqlarım”

İnsan hüquqları, bütün insanların sahib olduğu əsas hüquq və azadlıqlara deyilir. İnsan hüquqları, irq, din, dil və cinsiyyət ayrı-seçkiliyi güdmədən bütün insanların faydalana biləcəyi hüquqlardır. Bu hüquqlardan istifadə hər birimiz üçün bərabərdir.

İnsan hüquqları, bütün insanların haqq və ədalət baxımından bərabər və azad olaraq doğulduğu anlayışına əsaslanır. İnsan hüquqları, hər bir fərdin müstəqil seçim etmə və qabiliyyətlərini inkişaf etdirmə azadlığı təmin edir. Bu azadlıqlar başqalarının haqqlarına hörmətlə yanaşmaq və hüquqlarını tapdalamamaq zəruriliyi ilə əlaqələndirilir. Bir çox ölkələrdə insan hüquqlarının qorunması ilə bağlı qurumlar, təşkilatar var.

 Binəqədi rayonu, Həsən Cəbrayılov adına 99 nömrəli tam orta məktəbin UBTR-i Aynurə Nərimanovanın təşkilatçılığı ilə 5“B” sinif şagirdləri arasında “Mən və hüquqlarım” mövzusunda dəyirmi masa keçirildi. Uşaqları maraqlandıran, gündəlik həyatlarında rastlaşdıqları bəzi məqamları birlikdə təhlil edib, bu məqamlara aydınlıq gətirdilər. Hüquqlarla bərabər, vəzifələr haqqında da söhbət açdılar.

Aynurə xanım uşaqların suallarına cavab verərək, onların fikirlərini düzgün istiqamətlənməsinə yardımçı oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi