"Narkomaniya - bəşəriyyətin bəlası" mövzusunda tədbir keçirilmişdir
Aprelin 8-də 94 nömrəli tam orta məktəbdə “Narkomaniya – bəşəriyyətin bəlası” adlı tədbir keçirildi. Tədbirdə məktəb rəhbərliyi, 8-11 sinif şagirdləri, Sabunçu rayon Polis İdarəsinin əməkdaşları iştirak etmişlər. Əvvəlcə narkotik maddələrin və bu kimi preparatların istifadəsinin insanı hansı faciəvi sonluqlara gətirib çıxartdığını əks etdirən sənədli film nümayiş etdirildi. Sonra məktəbin direktoru Şəmsəddin Vəliyev çıxış edərək narkomaniyanın planetimizin ən qlobal problemlərindən biri, insanlar üçün dəhşətli fəsadlara yol açan bəla olduğunu qeyd etdi. Sabunçu rayon Polis İdarəsinin əməkdaşları da öz çıxışlarında narkotik maddələrin insan orqanizminə vurduğu ziyanlardan söhbət açmış, gəncləri şirnikdirici vədlərlə bu cür preparatların qəbuluna sövq edənlərdən uzaq durmağa, belə insanlarla rastlaşarlarsa onları düzgün yola çəkməyə çalışmağın lazım olduğunu bildirmişlər.