Doğum gününüz mübarək, müəllim!
Bu gün 94 nömrəli tam orta məktəbin qabaqcıl müəllimi Olqa Nikolayevna Alekseyevanın 65 yaşı tamam olur. O, 1970-ci ildən bu məktəbdə işləyir, balalarımıza riyaziyyat fənninin sirlərini öyrədir. Olqa müəllimə həmişə yüksək savadı, metodiki bacarağı ilə fərqlənmişdir. Məktəbin məzunları və şagirdləri bu gün də fəxr edirlər ki, Olqa müəllimənin yetirmələridirlər. Məktəbin rəhbərliyi və pedaqoji kollektivi Olqa Nikolayevnanı yubileyi münasibətilə təbrik edir və nümunəvi pedaqoji fəaliyyətinə görə ona təşəkkürünü bildirir.