Səninlə fəxr edirəm, Azərbaycan əsgəri!

Aprelin 6-da 94 nömrəli tam orta məktəbdə son günlərdə cəbhə xəttində baş verən hadisələrlə bağlı tədbir keçirilmişdir. İlk öncə Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində həlak olmuş hərbiçilərimizin və mülki vətandaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla anılmışdır. Tədbirdə çıxış edən məktəbin direktoru Şəmsəddin Vəliyev Ermənistanın Azərbaycana qarşı növbəti silahlı təxribatı nəticəsində ordumuzun düşmənə layiqli cavab verərək uğurlu əməliyyatlar keçirməsindən və bu kimi halların təkrarlanacağı təqdirdə Azərbaycan Ordusunun düşmənə layiq olduğu cavabı verməyə hər an hazır olmasından danışdı. O, ölkə prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının məqsədyönlü siyasəti, ordumuzun güclü döyüş qabiliyyəti və qələbəyə olan inam sayəsində işğal altında olan torpaqlarımızın azad olunacağı günün uzaqda olmadığını qeyd etdi. Daha sonra tərbiyə işləri üzrə direktor müavini Hicran İsmayılova, məktəb Həmkarlar Təşkilatının sədri Gülnarə Əliyeva, tarix müəllimi Əli İsmayılov çıxış edərək Ermənistanın öz işğalçı mövqeyindən əl çəkmədiyini, atəşkəsi pozaraq dinc əhaliyə qarşı silah işlətdiklərini pisləmiş, Azərbaycanın münaqişəni sülh yolu ilə həll etmək arzusunda olduğunu vurğulamışlar. Tədbir Azərbaycan Respublikasının Dövlət Bayrağının dalğaları altında dövlət himnimizin ifası ilə başa çatdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi