Intellektual yarışda II yer
94 nömrəli tam orta məktəbin komandası oktyabrın 10-da 18 oktyabr – Dövlət Müstəqilliyi Günü münasibətilə Sabunçu rayon məktəbliləri arasında keçirilmiş “Breyn-rinq” intellektual yarışında uğurla çıxış etmişdir. Məktəbin komandası yarışda II yer tutaraq Sabunçu rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomla təltif edilmişdir.