Fövqəladə hallar zamanı təhlükəsizlik qaydaları haqqında tədbir keçirildi
Oktyabrın 3-də 94 nöməli tam orta məktəbdə Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin əməkdaşları tərəfindən təhlükəsizlik qaydaları haqqında maarifləndirici tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Şəmsəddin Vəliyev ilk öncə qonaqları iştirakçılara təqdim etdi. Sonra söz Bakı Regional Mərkəzinin əməkdaşlarına verildi. Onlar yanğınlar, zəlzələlər, sürüşmələr zamanı, çimərliyə gedərkən hansı texniki təhlükəsizlik qaydalrına riayət etmək lazım olduğu barədə geniş məlumat verdilər. Hər bir çıxışın mövzusu təqdimatlarla müşayiət olundu. Sonda qonaqlar müəllim və şagirdləri maraqlandıran sualları cavablandırdılar.