“Bilik günü” qeyd edildi

 

Sentyabrın 16-da 94 nömrəli tam orta məktəbdə “Bilik günü” qeyd edildi. Bu gün münasibətilə məktəbin direktoru Şəmsəddin Vəliyev tədbir iştirakçılarını, xüsusilə də ilk dəfə məktəbə ayaq basan birinciləri təbrik etdi, onlara təhsildə uğurlar dilədi. Təbriklərə Sabunçu rayon İcra Hakimiyyətinin nümayəndəsi, direktor müavinləri Nailə Həsənova, Rəhilə Tağıyeva, Hicran İsmayılova, birinci sinif müəllimləri də qoşularaq məktəbin pedaqoji kollektivinə, şagirdlərə yeni tədris ilində müvəffəqiyyətlər  arzuladılar. Sonra söz birincilərə verildi. Onların ifasında şeirlər, mahnılar dinlənildi. Sonda ilk dərs gününün başlandığını xəbər verən zəng çalındı.    

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi