İntellektual olimpiadada I yer
112 nömrəli tam orta məktəbin “Kiçik Akademiya”sının təşkilatçılığı, Sabunçu Gənclər Evi və ADMİU TGT-nin tərəfdaşlığı ilə Sabunçu rayon məktəblərinin “Kiçik Akademiya”ları arasında “İnsan Hüquqları Aylığı”na həsr olunmuş intellektual olimpiadada keçirilmişdir. 94 nömrəli tam orta məktəbin 8 "A" sinif şagirdi Səmayə Abbasquliyeva, 9 "B" sinif şagirdi Nəzrin Məmmədova və 10 "A" sinif şagirdi Yusubov Elmardan təşkil olunmuş komandası yarışın final mərhələsində uğurunu davam etdirərək I yer tutmuş və Diplom və Kubokla mükafatlandırılmışdır.