VII sinif şagirdləri Azərbaycan Hərb Tarixi Muzeyini ziyarət ediblər
Mayın 17-də 94 nömrəli tam orta məktəbin VII “E” sinif şagirdləri sinif rəhbəri Gülnarə Əliyevanın rəhbərliyi ilə Azərbaycan Hərb Tarixi Muzeyini ziyarət ediblər. Şagirdlər burada muzeyin yaranma tarixi haqqında dolğun məlumat alıblar. Onlar hərb tarixi və sənətini əks etdirən ekspozisiyalarla, müxtəlif tarixi dövrlərə aid eksponatlarla, uzaq və yaxın dövr şəxsiyyətlərinə məxsus şəxsi əşyalarla tanış olublar. Həmçinin, burada nümayiş olunan Silahlı Qüvvələrin qoşun növləri üzrə hərbi geyim nümunələri, hərbi texnika da şagirdlərin böyük marağına səbəb olub. Şagirdlər muzeydən xoş təəssüratlarla ayrılıblar.