“Əbədiyyət üfüqündə doğan günəş” adlı tədbir keçirilmişdir
Mayın 16-da 94 nömrəli tam orta məktəbdə İmadəddin Nəsiminin 650 illik yubileyi çərçivəsində “Əbədiyyət üfüqündə doğan günəş” adlı ədəbi-bədii kompozisiya keçirilmişdir. Tədbirdə Sabunçu rayon İcra Hakimiyyətinin nümayəndələri, qonşu məktəblərin direktorları, məktəb rəhbərliyi, müəllim, şagird kollektivi və digər qonaqlar iştirak etmişlər. Tədbiri girş sözü ilə məktəbin direktoru Şəmsəddin Vəliyev açmışdır. O, Nəsiminın Azərbaycan ədəbiyyatında tutduğu mövqedən, “Nəsimi ili” çərçivəsində məktəbdə keçirilmiş silsilə tədbirlərdən söz açmışdır. Sonra söz şagirdlərə verilmişdir. Şagirdlərin ifasında şairin qəzəlləri səslənmiş, Nəsimi dövrünü əks etdirən səhnələr nümayiş etdirilmişdir. Şagirdlərin, xüsusilə də Nəsimi obrazını yaratmış 6 “A” sinif şagirdi Cəfərzadə Mircəfərin çıxışı tədbir iştirakçılarının böyük alqışları ilə qarşılanmışdır.
https://azertag.az/xeber/Heqiqet_ugrunda_mubarize_aparan_sair-1283416