"Narkomaniya – bəşəriyyətin bəlası” mövzusunda tədbir keçirilmişdir
Aprelin 30-da 94 nömrəli tam orta məktəbdə “Narkomaniya – bəşəriyyətin bəlası” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə məktəb rəhbərliyi, yuxarı sinif şagirdləri və Sabunçu rayon Polis İdarəsinin əməkdaşları iştirak etmişlər. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Şəmsəddin Vəliyev narkomaniya ilə mübarizədə keçirilən maarifləndirici tədbirin əhəmiyyətindən danışmışdır. Sonra narkomaniyanın fəsadlarını əks etdirən sənədli film nümayiş etdirilmişdir. Filmim nümayişindən sonra söz Sabunçu rayon Polis İdarəsinin əməkdaşlarına verilmişdir. Onlar narkomaniyanın insanları hansı faciəvi sonluqlara gətirib çıxartmasından danışmış, şagirdləri ayıq–sayıq olmağa, onları bu cür yollara sövq etməyə çalışanların şirin vədlərinə uymamağa çağırmışlar.