Xocalı faciəm... 24 il ötür...

Fevralın 26-da 94 nömrəli tam orta məktəbdə Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar akt zalında ədəbi-bədii kompozisiya keçirilmişdir. Tədbirdə məktəb rəhbərliyi, müəllim və şagird kollektivi iştirak etmişdir. Faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tərbiyə işləri üzrə direktor müavini Hicran İsmayılova, Azərbaycan dili və ədəbiyyat müəllimi Almaz Əbdüləzimova çıxış edərək 24 il əvvəl baş vermiş bu faciənin tarixinə nəzər salmış, insanlığa sığmayan vəhşət olduğunu qeyd etmişlər. Sonra soz şagirdlərə verilmişdir. Onlar da öz növbələrində sərgilədikləri rəsmlərlə, ifa etdikləri şeirlərlə, musiqilərlə, nümayiş etdirdikləri səhnələrlə Xocalı faciəsi qurbanlarının xatirəsini yad etmişlər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi