Valideynlərlə görüş keçirilmişdir
Fevralın 15-də 94 nömrəli məktəbdə “Valideynin məktəbdə bir günü” layihəsi çərçıvəsində görüş keçirilmişdir. Görüşdə rəhbərlik, məktəb psixoloqu iştirak etmişlər. Rəhbərlik nümayəndələri valideynləri görüşün məqsədi barədə ətraflı məlumatlandırmışlar. Sonra valideynlərin məktəblə tanışlığı baş tutmuşdur. Valideynlər məktəbin bufeti, kitabxanası, akt və idman zallarında, tibb otağında olmuş, övladlarının təhsil aldıqları siniflərdə dərsləri dinləmişlər.