Coğrafiya fənnindən “Açıq dərs” keçirilmişdir

         Fevralın 13-də 94 nömrəli tam orta məktəbin coğrafiya müəllimi Leyla Nağıyeva 7 “E” sinfində “Göllər” mövzusunda “Açıq dərs” vermişdir. Dərsin gedişatı məktəb rəhbərliyi, müxtəlif fənn müəllimləri tərəfindən dinlənilmişdir. Dərsdə təqdimatdan istifadə edilmiş, şagirdlər qruplar üzrə mövzuya uyğun olaraq iş vərəqlərində verilmiş tapşırıqları yerinə yetirmiş, kontur xəritələrdə dünyanın bir sıra göllərinin yerləşdikləri yerləri qeyd etmiş, göllərin necə yaranması, mənşəyinə görə növləri, tərkibi, əhəmiyyəti və faydası haqqında dolğun məlumatlar əldə etmişlər. Dərs hər bir qrupun işinin meyarlara görə qiymətləndirilməsi ilə başa çatmışdır. Sonda dərsin müzakirəsi aparılmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi