Azərbaycan tarixi fənnindən “Açıq dərs” keçirilmişdir
Fevralın 9-da 94 nömrəli tam orta məktəbin 10 “A” sinfində tarix müəllimi Sevinc Məmmədova tərəfindən Azərbaycan tarixi fənnindən “Açıq dərs” keçirilmişdir. Dərs “Azərbaycan Teymurilərin hakimiyyəti dövründə” mövzusunda olmuşdur. Dərsdə rəhbərlik, fənn müəllimləri iştirak etmişlər. “Açıq dərs”in gedişatında şagirdlər XIV əsrdə Azərbaycanın geosiyasi vəziyyətində baş verən dəyişikliklərlə bağlı bir sıra dəyərli məlumatlar əldə etmiş, mövzuya dair təqdimat nümayiş edilmiş, yaranan suallar cavablandırılmışdır. Sonda dərs iştirakçılarla birgə müzakirə edilmişdir.