Valideyn iclasları keçirilmişdir
Fevralın 9-da 94 nömrəli tam orta məktəbdə bütün siniflər üzrə valideyn iclasları keçirilmişdir. İclaslar sinif rəhbərləri tərəfindən aparılmışdır. Sinif rəhbərləri valideynlərlə övladlarının tədris ilinin birinci yarısındakı təlim-tərbiyəsi, dərslərə davamiyyəti haqqında söhbətlər etmişlər. Həmçinin, iclaslar tərbiyə işləri üzrə direktor müavini Hicran İsmayılova tərəfindən müşahidə edilmiş və valideynlər tərəfindən yaranan suallar cavablandırılmışdır. İclaslara qatılan müxtəlif fənn müəllimləri də valideynlərə övladlarının bu və ya digər fənnə necə münasibət bəsləməsindən, onu necə mənimsəməsindən söz açmışlar.