“Orta məktəblərdə diaspor dərsləri” layihəsi çərçivəsində dərs keçirilib

Fevralın 4-də 94 nömrəli tam orta məktəbdə Diaspor Jurnalistləri Birliyinin könüllü olaraq icra etdiyi “Orta məktəblərdə diaspor dərsləri” layihəsi çərçivəsində 10-11-ci sinif şagirdlərinə “Diaspor dərsi” keçirildi. Məktəbin direktoru Şəmsəddin Vəliyev çıxış edərək DJB-nin bu təşəbbüsünü yüksək qiymətləndirdi və layihənin şagirdlərin diasporla bağlı maariflənməsində əhəmiyyətli rol oynayacağını dedi. Daha sonra DJB sədri Fuad Hüseynzadə, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Əbülfəz Şeydabəyov, Beykent Universitetinin magistri, Dünya Azərbaycanlıları Konqresinin Gənclər təşkilatının Türkiyə təmsilçisi Ərtoğrul Cahandar, Diaspor Jurnalistləri Birliyinin baş katibi Siyavuş Əmirli öz çıxışlarında layihənin məqsədinin şagirdlərin Azərbaycan diasporu barədə düşüncəsini inkişaf etdirməkdən, xaricdə yaşayan həmvətənlərimiz haqqında onları məlumatlandırmaqdan ibarət olduğunu qeyd etmişlər. Çıxış edənlər Azərbaycan diasporasının inkişaf tarixi, məskunlaşma coğrafiyası haqqında məlumat vermiş, olduqları ölkələrdə gördükləri işlərdən danışmış, milli adət-ənələrimiz, mənəvi-əxlaqi dəyərlərimiz, tariximiz, mədəniyyətimiz barədə həqiqətləri xaricdə yaşadığımız ölkənin ictimaiyyətinə çatdırmağın hər birimizin mənəvi borcu olduğunu bildirmişlər. Sonda diskussiya şəraitində keçən “Diaspor dərsi”ndə şagirdləri maraqlandıran suallara cavab verilib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi