Azərbaycan tarixi fənnindən “Açıq dərs” keçirilmişdir
Noyabrın 15-də 94 nömrəli tam orta məktəbin 8 “B” sinfində tarix müəllimi Hailə Həsənova tərəfindən “Açıq dərs” keçirilmişdir. Dərsin dinlənilməsində məktəb rəhbərliyi, müxtəlif fənn müəllimləri, həmçinin, valideynlər də iştirak etmişlər. “Açıq dərs”in gedişatında təqdimatlar nümayiş etdirilmiş, şagirdlər tərəfindən mövzuya uyğun qrup işləri aparılmış, yaranan suallar cavablandırılmışdır. “Açıq dərs” sonda müzakirə olunmuş, fikirlər bildirilmiş, metodiki tövsiyələr edilmişdir.