Qobustan Dövlət Tarixi-Bədii Qoruğuna ekskursiya təşkil olunmuşdur
Oktyabrın 14-də 94 nömrəli tam orta məktəbin 6 “A” və 8 “B” sinif şagirdləri təlim-tərbiyə işləri üzrə direktor müavini Nailə Həsənova və ingiis dili müəllimi Lamiyə Eyvazova tərəfindən Qobustan Dövlət Tarixi-Bədii Qoruğuna təşkil olunan ekskursiyada olmuşlar. Şagirdlər burada fəaliyyət göztərən muzeydə sərgilənən abidələrə, zəngin eksponatlara baxış keçirmişlər. Sonra şagirdlər qayalığı gəzmiş, hər biri tarixi təsvir olan qayaüstü rəsmlər, qaval daşları onları heyran etmişdir.