Qanlı Yanvar - 26
Ölkəmizin hər yerində olduğu kimi 94 nömrəli tam orta məktəbdə də 20 Yanvar faciəsinin 26-cı ildönümü qeyd edilmişdir. Yanvarın 19-da ilk dərslər bu faciənin anımına həsr edilmiş, divar qəzetləri, fotostendlər hazırlanmışdır. Yekun olaraq məktəbin akt zalında geniş tədbir keçirilmişdir. Tədbir 20 Yanvar şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlanmışdır. Tədbirdə çıxış edən məktəbin direktoru Şəmsəddin Vəliyev Qanlı Yanvar hadisələrinin insanlığa qarşı cinayət olduğunu söyləmişdir. O gecənin hadisələri bir daha sübut etmişdir ki, Azərbaycan xalqı öz müstəqilliyinin bərpası uğrunda böyük iradə və mübarizə əzminə malikdir. Daha sonra məktəbin şagirdləri 20 Yanvara aid şeirlər söyləmiş, faciəni əks etdirən təqdimatlar nümayiş etdirilmiş, səhnəciklər göstərilmiş, musiqilər səslənmişdir.