“Bir kərə yüksələn bayraq...” mövzusunda "Açıq dərs" keçirilmişdir.

Mayın 29-da 94 nömrəli tam orta məktəbin 5 "E" sinfində tarix müəllimi Rəsulzadə Xalidə tərəfindən “Bir kərə yüksələn bayraq...” mövzusunda "Açıq dərs" keçirilmişdir. "Açıq dərs" Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd edildiyi vaxta təsadüf etdiyindən dərsin gedişatında bayram əhval-ruhiyyəsi hiss olunurdu. Dərs zamanı şagirdlər AXC-nin yaranması haqqında danışaraq, onun tarixi və fəaliyyəti barədə sualları cavablandırıblar. AXC və onun fəaliyyəti ilə bağlı təqdimat nümayiş olunub, təqdimat ətrafında söhbətlər aparılıb, şagirdlər tərəfindən hazırlanmış məruzələr dinlənilib, divar qəzetlərinə baxış keçirilib. Dərs Azərbaycan Respubikasının Dövlət Himninin şagirdlərin və açıq dərs iştirakçılarının ifasında səsləndirməklə başa çatıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi