Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar tədbir keçirilmişdir
Mayın 24-də 94 nömrəli tam orta məktəbdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illyinə həsr olunmuş geniş tədbir keçirilmişdir. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər, şagirdlər, valideynlər və qonaqlar iştirak etmişlər. İlk öncə Azərbaycan Respublikasının Dövlər Himni səsləndirilib. Daha sonra yubiley münasibətilə hazırlanmış bayram proqramı iştirakçılara təqdim olunub. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, onun fəaliyyəti barədə məlumatlar verilmiş, təqdimatlar və sənədli filmlərdən hissələr nümayiş etdirilmiş, şagirdlər tarixi anları xatırladan səhnələr göstərmiş, şeirlər səsləndirmiş, mahnılar oxumuş, rəqslər ifa etmişlər.