“Şən informatika” mövzusunda yarış keçirilmişdir
94 nömrəli tam orta məktəbdə 8-ci sinif şagirdlərindən təşkil olunmuş Şən və Hacırcavablar komandaları arasında “Şən informatika” adlı yarış keçirilmişdir. Yarışda iki – “Haker inside” və “Proqramçılar” komandaları iştirak etmişlər. İştirakçılar 5 mərhələdə çıxış etmişlər. Məktəb rəhbərliyi və müəllimlərdən təşkil olunmuş münsiflər heyətinin qərarı ilə daha yüksək yumor hissi nümayiş etdirən “Proqramçılar” komandası yarışın qalibi olmuşdur.