Nizami dünyasına səyahət

Yanvarın 12-də 94 nömrəli tam orta məktəbdə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 875 illiyi ilə əlaqədar “Nizami dünyasına səyahət” adlı ədəbi-bədii-musiqili kompozisiya keçirilmişdir. Tədbirdə Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfiri V.D.Doroxin, Rusiya İnformasiya – Mədəniyyət Mərkəzinin direktor müavini L.T.Yakunina, Rus Icması Sabunçu rayon Təşkilatının sədri L.S.Pankina, Sabunçu rayon İcra Hakimiyyətinin səlahiyyətli nümayəndələri S.Həsənova və M.Əsədov, Sabunçu rayon İcra Hakimiyyəti başçısının Bakıxanov qəsəbəsi üzrə nümayəndəsi V.Səlimov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məsləhətçiləri F.Abdullayev, Ş.Ələkbərova, G.Hüseynli, 26 saylı Sabunçu Birinci Seçki Dairəsinin katibi S.Heydərov, 74 №li tam orta məktəbin direktoru R.Əliyeva, 80 №li tam orta məktəbin direktoru Ə.Abbasquliyev, 169 №li tam orta məktəbin direktoru E.Tağıyeva, 252 №li məktəb-liseyin direktoru X.Eminova, 310 №li tam orta məktəbin direktoru R.Quliyeva, məktəbin təqaüddə olan veteran müəllimləri F.Baxşəliyeva, L.Məmmədova, N.Hacıverdiyeva, valideynlər, müəllim və şagirdlər iştirak etmişlər. Giriş sözü ilə məktəbin direktoru Şəmsəddin Vəliyev çıxış etmişdir. O, Nizami yaradıcılığının böyüklüyündən söz açmışdır. Görkəmli şairin Azərbaycan klassik ədəbiyyatında tutduğu mövqedən, Nizami irsinin öyrənliməsinin əhəmiyyətindən danışmışdır. Çıxışdan sonra məktəbin rus dili və ədəbiyyatı müəllimi Əliyeva Gülnarənin rəhbərliyi ilə “Yeddi gözəl” poemasının motivləri əsasında hazırlanmış ədəbi-bədii-musiqili kompozisiya göstərilmişdir. Şagirdlərin hər bir çıxışı alqışlarla qarşılanmışdır. Tədbirin sonunda səfir cənab Doroxin Vladimir Dmitriyeviç çıxış edərək kompozisiyanın maraqlı və rəngarəng hazırlandığını bildirmiş, Rusiya–Azərbaycan dostluğunu yüksək qiymətləndirmiş, dəvətə görə məktəb rəhbərliyinə təşəkkür etmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi