Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar “Dəyirmi masa” keçirilmişdir

Aprelin 27-də 94 nömrəli tam orta məktəbin kitabxanasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş “Dəyirmi masa” keçirilmişdir. Giriş sözü ilə tərbiyə işləri üzrə direktor müavini Hicran İsmayılova çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı ilk günlərdən etibarən  insan hüquqlarının və azadlıqlarının təmin edilməsinə xüsusi diqqət yetirərək ölkənin bütün vətəndaşlarına bərabər hüquqlar verdiyini, irqi, milli, dini, sinfi və başqa bərabərsizliyi ləğv etdiyini, bir sıra inkişaf etmiş dövlətləri qabaqlayaraq qadınlara seçki hüququ verdiyini qeyd etmişdir. Sonra məktəbin direktoru Şəmsəddin Vəliyev Şərqdə ilk demokratik respublika olan  Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən danışaraq onun qısa, lakin tarixdə silinməz izlər buraxan şərəfli bir yol keçdiyini, dövlət quruculuğu sahəsində ciddi tədbirlər görərək Azərbaycanın ilk Parlamenti və Hökumətini təşkil etdiyini, ölkənin sərhədlərini müəyyənləşdirdiyini, dövlətin əsas atributları olan  bayrağını, himnini və gerbini yaratdığını, Azərbaycan dilini  dövlət dili elan etdiyini vurğulamışdır. Ş.Vəliyev çıxışının davamı olaraq qeyd etmişdir ki, 1920-ci ilin aprelində bolşevik işğalına məruz qalaraq süqut etsə də, 1991-ci ildə Azərbaycan XX əsrdə ikinci dəfə dövlət müstəqilliyi qazanaraq  Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olduğunu ümumxalq iradəsi ilə təsdiq etmişdir. Daha sonra söz şagirdlərə verilmişdir. Şagirdlər  “Azərbaycan Xalq Cümhuriyyəti -100”, “Azərbaycan Xalq Cümhuriyyəti və təhsil”, “Şərqdə ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyəti”  mövzularında məruzələrlə çıxış etmişlər. Sonda çıxışlar ətrafında söhbətlər aparılmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi