"Narkomaniya - bəşəriyyətin bəlası" mövzusunda söhbətlər aparılmışdır
Martın 29-da 94 nömrəli tam orta məktəbdə “Narkomaniya – bəşəriyyətin bəlası” mövzusunda söhbətlər aparılmışdır. Bu maarifləndirici tədbirdə məktəb rəhbərliyi, 8-11 sinif şagirdləri, Sabunçu rayon Polis İdarəsinin əməkdaşları iştirak etmişlər. Əvvəlcə tərbiyə işləri üzrə direktor müavini Hicran İsmayılova çıxış edərək narkomaniyanın planetimizin ən qlobal problemlərindən biri, insanlar üçün dəhşətli fəsadlara yol açan bəla olduğunu qeyd etdi. Sonra narkotik maddələrin və bu kimi preparatların istifadəsinin insanı hansı faciəvi sonluqlara gətirib çıxartdığını əks etdirən sənədli film nümayiş etdirildi. Sonda Sabunçu rayon Polis İdarəsinin əməkdaşları çıxış edərək narkotik maddələrin insan orqanizminə vurduğu ziyanlardan söhbət açmış, gəncləri şirnikdirici vədlərlə bu cür preparatların qəbuluna sövq edənlərdən uzaq durmağa, belə insanlarla rastlaşarlarsa onları düzgün yola çəkməyə çalışmağın lazım olduğunu bildirmişlər.