20 yanvar faciəsindən 28 il keçir...
20 yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı 94 nömrəli tam orta məktəbdə silsilə tədbirlər keçirilmişdir. Bir qrup müəllim və şagird heyəti Şəhidlər Xiyabanını ziyarət edərək faciə qurbanlarının xatirəsini anmışdır. Yanvarın 19-da ilk dərslərdə 20 Yanvar hadisələri haqqında söhbətlər aparılmış, şagirdlər tərəfindən hazırlanmış təqdimatlar nümayiş etdirilmiş, rəsmlər çəkilmiş, divar qəzetləri işlənmişdir. Daha sonra məktəbin akt zalında Qanlı yanvar hadisələrinə həsr olunmuş ədəbi-bədii kompozisiya keçirilmişdir.