Xocalı...Unutmuruq
Fevralın 26-da 94 №li tam orta məktəbdə Xocalı faciəsinin 23-cü ildönümünə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə məktəbin rəhbərliyi, müəllim və şagird kollektivi, valideynlər iştirak etmişlər. Xocalı soyqırımının qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tərbiyə işləri üzrə direktor müavini Hicran İsmayılova cıxış edərək Xocalı soyqırımının bəşər tarixində insanlığa sığmayan qətliam olduğunu qeyd etmişdir. Xalqımızın bu qisası alacağı, düşmən tapdağı altında qalmış torpaqlarımızın azad olacağı günün uzaqda olmadığını vurğulamışdır. Daha sonra məktəbin şagirdləri Xocalı faciəsini əks etdirən səhnəciklər və kompozisiya nümayiş etdirmişlər. Eyni zamanda, tədbir keçirilən zalda və məktəbin foyesində Xocalı soyqırımını əks etdirən rəsmlər, divar qəzetləri, stendlər sərgilənmişdir.