Ümummilli lider Heydər Əliyevin xatirəsi anılmışdır
Dekabrın 12-də 94 nömrəli tam orta məktəbdə görkəmli tarixi şəxsiyyət, dünya miqyaslı siyasətçi Heydər Əliyevin xatirəsi anılmışdır. Məktəbin foyesində keçirilən tədbirdə direktor Şəmsəddin Vəliyev çıxış edərək ümummilli lider Heydər Əliyevin fəaliyyətindən danışmış, onun Azərbaycan xalqının taleyində, siyasi və ictimai həyatında, dövlət quruculuğunda misilsiz xidmətlər göstərən, ən mühüm məsələlərin həllində qətiyyətli sözünü deməyi bacaran nəhəng bir siyasətçi olduğunu vurğulamışdır.
Tədbirin sonunda məktəbin foyesində Heydər Əliyevin büstünün qarşısına qərənfillər düzülmüşdür.