“Ölkəmizi tanıyaq” layihəsinin Sabunçu rayon iştirakçıları arasında məktəbimizin şagirdi də olmuşdur

         16-19 noyabr tarixlərini əhatə edən “Ölkəmizi tanıyaq” devizi ilə hər il keçirilən maarifləndirici tur-aksiyasında 94 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Aidə Nəzərli də iştirak etmişdir. Növbəti 8-ci tur-aksiya 3 istiqamət - Lənkəran, Masallı və Astara  rayonları üzrə baş tutmuşdur. Layihə çərçivəsində iştirakçılar Lənkəran şəhərindəki Heydər Əliyev Xatirə Parkında olmuş, “Xanbulan” istirahət mərkəzi, Hirkan Milli Parkı, “Qoşa Qala” qapıları, “Mayak” binası, Bayraq Meydanı, Tarix-Diyarşünaslıq Muzeyi, Gənclər Mərkəzi ilə tanış olmuş, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun abidəsini və ev-muzeyini ziyarət etmişlər. Tur-aksiyanın iştirakçıları Astarada Park-bulvar kompleksi ilə tanış olmuş, Ərçivan kəndindəki “Yanar bulaq”da suyun necə alovlandığını müşahidə etmiş, çay emalı fabrikində olmuş, burada yaradılmış “Çay muzeyi”ndə nümayiş etdirilən eksponatlara baxmışlar. Bundan əlavə iştirakçılar müxtəlif əyləncəli proqramlarda iştirak etmişlər.

 

         “Ölkəmizi tanıyaq” 8-ci tur-aksiyasının Sabunçu rayon iştirakçıları intellektual bilik yarışında qalib gəldilər   http://sabunchu-ih.gov.az/news/546.html

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi