Səkkizinci sinif şagirdləri "Gənclər Evi"ndə olmuşlar

Oktyabrın 21-də məktəbin 8-ci sinif şagirdləri müəllimlərlə birlikdə Sabunçu rayon “Gənclər evi”ndə oldular. Onlar “Gənclər evi”ndə elektron kitabxana, təhsil, idman, konfrans, müxtəlif tədbirlər üçün nəzərdə tutulmuş zallarla tanış olaraq gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi üçün yaradılmış şəraitlə bağlı faydalı məlumatlar əldə etmişlər.