Dövlət Müstəqilliyimizin 26-cı ilini qeyd edirik
Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il oktyabrın 18-də keçirilmiş tarixi sessiyasında “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya aktı yekdilliklə qəbul edilmişdir. Lakin bu müstəqilliyi əldə edər etməz onu itirmək təhlükəsi ilə üz-üzə qaldıq. 1993-cü ilin iyun ayında xalqın təkidi ilə hakimiyyətə gələn Heydər Əliyev Azərbaycana siyasi müdriklik gətirdi. Məhz onun siyasi uzaqgörənliyi, yüksək idarəçilik bacarığı Azərbaycanın dövlət müstəqilliyini itirmək təhlükəsinə son qoydu. İndi Azərbaycan siyasi, sosial-iqtisadi cəhətdən inkişaf etmiş dövlətlərdən birinə çevrilmişdir. Bu gün müstəqilliyimizin 26 yaşı tamam olur. Bu tarixi günlə əlaqədar 94 nömrəli tam orta məktəbdə də bir sıra tədbirlər keçirilmişdir. Məktəbin akt zalında geniş tədbir keçirilmiş, şagirdlər tərəfindən divar qəzetləri işlənmiş, rəsmlər çəkilmiş, dərslərdə təqdimatlar nümayiş edilmiş, müstəqilliyimizə həsr olunmuş şeirlər və mahnılar səslənmişdir.