Müəllimlər Gününüz mübarək!
Oktyabrın 5-də 94 nömrəli tam orta məktəbdə Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilmişdir. Giriş sözü ilə çıxış edən məktəbin direktoru Şəmsəddin Vəliyev bu əlamətdar günün yaranma tarixinə nəzər salmış, müəllim adının şərəfli olmasını vurğulamış, müəllimləri bayram münasibətilə təbrik etmiş, onlara işlərində uğurlar arzulamışdır. Çıxışdan sonra söz məktəbin şagird kollektivinə verilmişdir. Şagirdlər hazırladıqları məzəli səhnəciklərlə, ifa etdikləri mahnı və rəqslərlə məktəbin pedaqoji kollektivini təbrik etmişlər.