"Açıq dərs"lər keçirilmişdir

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nəzdindəki Təlimə Dəstək Mərkəzi tərəfindən təşkil edilən “Ən yaxşı dərs” layihəsi çərçivəsində növbəti dinləmələr mayın 15-də 94 nömrəli tam orta məktəbdə davam etdirilmişdir. Məktəbin rus bölməsinin müəllimləri – Natalya Quliyeva 8e sinfində musiqi, Sürəyya Abdullayeva 10e sinfində fizika, Gülnarə Əliyeva 5e sinfində rus dili, Tamara Həsənova 7e sinfində ədəbiyyat, Yelena Mileyçik 2e sinfində riyaziyyat, Kamella Məmmədova 6e sinfində tarix, İrada Nurullayeva 11e sinfində kimya fənləri üzrə “açıq dərs”lər vermişlər. Dərslərin dinlənilməsində Təlimə Dəstək Mərkəzinin nümayəndələri, qonşu məktəblərin müəllimləri iştirak etmişlər. Sonda məktəbin kitabxanasında dinlənilmiş dərslərin təhlili və müzakirəsi aparılmış, fikirlər səslənmiş, metodiki tövsiyələr edilmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi